BƏƏ-də keçirilən "Sharjah Masters" beynəlxalq şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, 5-ci turda Azərbaycan şahmatçıları fərqli nəticələrə imza atıblar.
Əhməd Əhmədzadə ardıcıl ikinci məğlubiyyətini alıb. O, qazaxıstanlı Edqar Mamedova uduzub.
Read Səmədov Aleksandr Predke (Serbiya) ilə xalları yarıya bölüb. Məhəmməd Muradlı isə bolqarıstanlı Momxil Petkova qalib gəlib.
Beş turdan sonra ən yaxşı nəticəyə Muradlı malikdir. O, 2,5 xalla 45-ci pillədə qərarlaşıb. Əhmədzadə və Səmədov iki xalla müvafiq olaraq, 54-cü və 56-cı pillələrdə qərarlaşıblar.
Lider Çanqren Dainin (Çin) hesabında 4 xal var.
İdman.biz