Kubanın Matansas şəhərində şahmat üzrə 3-cü dünya çempionu Xose Raul Kapablankanın 58-ci Memorialı başa çatıb.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Azər Mirzoyev yarışda 8-ci yeri tutub.
O, sonuncu turda yerli şahmatçı İsidro Dilanla heç-heçə oynayıb və xalını 6,5-ə çatdırıb. Mirzoyev dördüncü olan kubalı Almeyda Kintanadan yalnız əlavə göstəricilərə görə geri qalıb.
Turnirin qalibi isə 7,5 xalla Dilan olub: şahmatçımızla heç-heçə ona birinci yeri tutmaq üçün kifayət edib.
İdman.biz