Mirzoyev Kapablanka Memorialında ilk “üçlüy”ün astanasında

Xəbərlər
19 May 2025 11:54
47
Mirzoyev Kapablanka Memorialında ilk “üçlüy”ün astanasında

Kubanın Matansas şəhərində 3-cü dünya çempionu Xose Raul Kapablankanın xatirəsinə həsr olunmuş 58-ci Memorial turniri başa çatmaq üzrədir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Azər Mirzoyev səkkiz turdan sonra 6 xal toplayıb və beşinci pillədə qərarlaşıb.

O, ikinci yeri tutan Avila Santyaqodan (Kolumbiya) yarım xal geri qalır. Yerli şahmatçı İsidro Dilan turnirə liderlik edir.

Qeyd edək ki, Mirzoyev final mərhələsində uğurlu oyun nümayiş etdirsə, mükafata iddialı ola bilər.

İdman.biz