Azərbaycan qrossmeysteri Kapablanka Memorialında ikinci mövqedə

Xəbərlər
17 May 2025 10:37
42
Azərbaycan qrossmeysteri Kapablanka Memorialında ikinci mövqedə

Kubanının Matansas şəhərində üçüncü dünya çempionu Xose Raul Kapablankanın xatirəsinə həsr olunmuş 58-ci Memorial turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan qrossmeysteri Azər Mirzoyev liderlər qrupunda yer almaqdadır.

O, altıncı turda yerli şahmatçı Luis Lazaro ilə heç-heçə edib, xallarını 5-ə yüksəldib və ilk yerlər uğrunda mübarizəsini davam etdirir. Eyni xala malik daha altı şahmatçı var və əlavə göstəricilərə əsasən, Mirzoyev ikinci pillədə qərarlaşıb.

Turnirdə ümumilikdə 119 şahmatçı iştirak edir.

İdman.biz