Azərbaycan şahmatçısı Kubada liderlər arasında

Xəbərlər
15 May 2025 10:28
86
Azərbaycan şahmatçısı Kubada liderlər arasında

Kubanın Matansas şəhərində şahmat üzrə üçüncü dünya çempionu Xose Raul Kapablankanın 58-ci Memorialı davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Azər Mirzoyev lider mövqeyini qoruyur.

O, beşinci turda birinci yeri bölüşdüyü Aleksandr Lesyej (Kanada) ilə heç-heçə oynayıb.

Mirzəyev 4,5 xal toplayıb və daha üç iştirakçının yer aldığı liderlər qrupundadır.

Turnirdə 119 şahmatçı çıxış edir.

İdman.biz