Nicat Abasov “üçlüy”ə düşmək şansını itirib

Xəbərlər
18 Aprel 2024 08:57
Nicat Abasov “üçlüy”ə düşmək şansını itirib

Şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçiblər.

Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşündə Alireza Firuzca ilə qarşılaşıb.

29 yaşlı təmsilçimiz qara fiqurlarla növbəti məğlubiyyətini alıb. Bununla da Nicat nəinki 1-ci yer, hətta “üçlüy”ə düşmək üçün nəzəri şansları ilə rəsmən vidalaşıb.

İddiaçılar Turniri
XI tur, 17 aprel

Rameşbabu Praqnanandja - Hikaru Nakamura – 0:1
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi – 0:1
Dommaradju Qukeş - Fabiano Karuana – 0,5:0,5
Alireza Firuzca – Nicat Abasov – 1:0

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) – 7, 2. Dommaradju Qukeş (Hindistan) - 6,5, 3. Hikaru Nakamura (ABŞ) – 6,5, 4. Fabiano Karuana (ABŞ) – 6, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XII turun oyunları aprelin 18-də keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.

--------------

17 aprel, saat 10:27

Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçəcəklər.

Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşünü keçirəcək. O, Alireza Firuzca ilə qarşılaşacaq. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayacaq.

İddiaçılar Turniri
XI tur, 17 aprel

Rameşbabu Praqnanandja - Hikaru Nakamura
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi
Dommaradju Qukeş - Fabiano Karuana
Alireza Firuzca – Nicat Abasov

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XII turun oyunları aprelin 18-də keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.

İdman.biz

Məqalədə: