Aynur Sofiyeva: “Nicatın göstərdiyi nəticələrdən bəllidir ki, inkişaf dövründədir”

Müsahibə
16 Aprel 2024 15:08
Aynur Sofiyeva: “Nicatın göstərdiyi nəticələrdən bəllidir ki, inkişaf dövründədir”

“Nicat Abasov bu turnirində çox gözəl və uğurlu çıxış edir”.

Bunu İdman.bizə Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrossmeysteri Aynur Sofiyeva deyib.

O, şahmatçımız Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirindəki çıxışını dəyələndirib. Sofiyevanın sözlərinə görə, belə bir yarışda çıxış etməyin özü bir uğurdur: “Son bir il ərzində Nicatın göstərdiyi nəticələrdən də bəllidir ki, inkişaf dövründədir. Bu gün Azərbaycanda ən perspektivli şahmatçılardan biridir. Əminəm ki, gələcəkdə onu böyük zirvələr gözləyir. Bu turnirində öhdəsindən adına layiq şəkildə gələcəyinə inanıram”.

Qeyd edək ki, Nicat Abasov X turdan sonra 3 xalla 8-ci pillədə yer alıb.

Banuçiçək Hüseynli
İdman.biz