Aydın Süleymanlı ikinci cəhddə Veyk-an-Zeedə keçirilən turniri qazana bilmədi

1 Fevral 2026 22:01
71
Aydın Süleymanlı ikinci cəhddə Veyk-an-Zeedə keçirilən turniri qazana bilmədi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirini ikinci cəhddə də qazana bilməyib.

İdman.Biz xəbər verir ki, yekun turda Süleymanlı serbiyalı şahmatçı Velimir İliçə məğlub olub.

Beləliklə, son tura qədər birinci yeri tutan Azərbaycan təmsilçisi doqquz xal toplayaraq üçüncü yeri tutub. Turnirin qalibi 10 xal toplamış amerikalı Endi Vudvort olub, ikinci yeri isə 9,5 xalla məşhur ukraynalı qrossmeyster Vasili İvançuk tutub.

“Challengers” turnirinin qalibi Endi Vudvort növbəti ildə Veyk-an-Zeedə keçirilən şahmat festivalının əsas yarışları olan Masters turnirində çıxış edəcək. Keçən il Aydın Süleymanlı “Challengers” yarışında ikinci yeri tutmuş və festivalın əsas turnirinə vəsiqə qazana bilməmişdi.

İdman.Biz