Niderlandda davam edən beynəlxalq “Tata Steel Challengers” şahmat turnirində Azərbaycan təmsilçisi Aydın Süleymanlı mühüm qələbə qazanıb. 12-ci turda qrossmeysterimiz fransız şahmatçı Mark-Andrea Mauritsini məğlub edib.
İdman.Biz xəbər verir ki, bu qələbədən sonra Süleymanlı doqquz xal toplayıb və amerikalı Endi Vudvortla birinci-ikinci yerləri bölüşür.
Əlavə göstəricilərə görə isə Azərbaycan şahmatçısı turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Yarış 14 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilir.
Turnirdə həmçinin tanınmış ukraynalı qrossmeyster Vasili İvançuk və blits üzrə üçqat dünya çempionu Bibisara Asaubaeva da mübarizə aparır.
Qeyd edək ki, “Tata Steel Challengers” turniri 13 turdan ibarətdir və fevralın 1-də başa çatacaq.
