"Vüqar Həşimov Memorial-2023” superturnirində üç şahmatçı lider olub

Xəbərlər
9 Dekabr 2023 19:04
161
"Vüqar Həşimov Memorial-2023” superturnirində üç şahmatçı lider olub

Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinin ikinci günü arxada qalıb.

İdman.bizə turnirin mətbuat xidmətindən verilən məlumata görə, bu gün rapid üzrə daha 3 turun partiyaları keçirilib.

İlk 3 turdan sonra lider mövqeyində qərarlaşan Nicat Abbasov bu gün qələbə qazana bilməyib. O, 3 partiyanın ikisində heç-heçə oynayıb, birində uduzub. Nəticədə növbəti 3 turu uğurlu keçirən Arjun Eriqaisi və Aydın Süleymanlı ona çatıblar.

IV tur
Arjun Eriqaisi (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) – 0:1
Yorden Van Forest (Niderland) - Rauf Məmmədov (Azərbaycan) – 0:1
Riçard Rapport (Macarıstan) - Aydın Süleymanlı (Azərbaycan) – 0,5:0,5
Boris Gelfand (İsrail) - Vidit Santoş (Hindistan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Nicat Abasov (Azərbaycan) – 0,5:0,5

V tur
Nicat Abasov (Azərbaycan) - Arjun Eriqaisi (Hindistan) – 0:1
Vidit Santoş (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1
Aydın Süleymanlı (Azərbaycan) - Boris Gelfand (İsrail) – 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Riçard Rapport (Macarıstan) – 0:1
Teymur Rəcəbov (Azərbaycan) - Yorden Van Forest (Niderland) – 0:1

VI tur
Arjun Eriqaisi (Hindistan) - Yorden Van Forest (Niderland) – 0,5:0,5
Riçard Rapport (Macarıstan) - Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Boris Gelfand (İsrail) - Rauf Məmmədov (Azərbaycan) – 0:1
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aydın Süleymanlı (Azərbaycan) – 0:1
Nicat Abasov (Azərbaycan) - Vidit Santoş (Hindistan) – 0,5:0,5

Qeyd edək ki, 6 turdan sonra üç şahmatçı eyni xal toplayıb. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıblar. Onların hesabında 6 xal var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin növbəti pillələrində yer alıblar.

İdman.biz