Həşimov Memorialının reytinq favoriti: “Burada lövhədəki mövqelər sürətlə dəyişdi”

Xəbərlər
9 Dekabr 2023 13:41
187
Həşimov Memorialının reytinq favoriti: “Burada lövhədəki mövqelər sürətlə dəyişdi”

"Oyun o qədər sürətlə cərəyan etdi ki, 150-dən çox gediş etdiyimizi hiss etmədim".

İdman.biz xəbər verir ki, bunu Qəbələdə keçirilən “Vüqar Həşimov Memorialı-2023”ün reytinq favoriti olan hindistanlı Vidit Santoş Qudjarati deyib.

İkinci turda rapiddə niderlandlı Yorden Van Forestlə 152 gedişdən sonra heç-heçəni dəyərləndirib: “Biz ilk on dəqiqədə xüsusilə sürətli oynadıq, lövhədəki mövqelər sürətlə dəyişdi. Son oyunda isə uduzmamaq üçün hər kəsdən xüsusi dəqiqlik tələb olunurdu. Görüş çox maraqlı keçdi və yəqin ki, heç-heçə ədalətli nəticə oldu”.

O bildirib ki, turnir haqqında gözəl təəssüratları var: “Burada bütün şahmatçılar qalib gəlmək gücündədirlər. Ən maraqlı şeylər qabaqdadır. Dəvət üçün təşkilatçılara təşəkkür edirəm”.

Qeyd edək ki, 3 turdan sonra Vidit 4 xal toplayıb və 2-4-cü yerləri bölüşür.

Zəki Feyzullayev
İdman.biz