Bakıda Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir başlayır

Xəbərlər
18 Dekabr 2023 11:25
157
Bakıda Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir başlayır

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.

İdman.biz xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 7 komanda mübarizə aparacaq.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcək. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.

97 boksçunun gücünü yoxlayacağı turnirin açılış mərasimi 14:30-da olacaq. Saat 15:00-da isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq.

İdman.biz

Məqalədə: