“Neftçi” kapitanla müqaviləni yeniləyib, daha üç oyunçunu heyətinə qatıb

Xəbərlər
21 Avqust 2025 17:25
49
“Neftçi” kapitanla müqaviləni yeniləyib, daha üç oyunçunu heyətinə qatıb

Ölkəmizi FİBA Avropa Kubokunun qrup mərhələsində təmsil edəcək “Neftçi” basketbolçusu ilə müqavilə müddətini uzadıb.

İdman.biz xəbər verir ki, klub həm komandanın, həm də Azərbaycan millisinin kapitanı Amil Həmzəyevlə bir mövsümlük anlaşıb.

Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev komandanın heyətinə cəlb olunub.

Qeyd edək ki, Azərbaycan millisinin basketbolçusu Əkbər Məmmədovun son klubu NTD olub. Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığma komandada çıxış edib. O, son mövsümü “Quba”da keçirib. Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın oyunçusudur.

İdman.biz