Qrinin diskvalifikasiya nə vaxt bitəcək?

Xəbərlər
17 Dekabr 2023 17:34
177
Qrinin diskvalifikasiya nə vaxt bitəcək?

“Qolden Steyt”in basketbolçusu Dreymond Qrin diskvalifikasiyası 'ən azı 2024-cü ilin startınadək davam edəcək.

İdman.biz xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

“Finiks Sans”ın oyunçusu Yusuf Nurkiçin üzünə zərbə vuran Qrin qeyri-müəyyən müddətə cəzaya məruz qalıb. Hər şey Dreymondun davranışından asılı olacaq. Əgər o, Liqanın tələblərini yerinə yetirərsə diskvalifikasiya vaxtından əvvəl ləğv oluna bilər. Bu müddət ərzində Qrin təyin olunmuş mütəxəssislər tərəfindən reabilitasiya kursu keçəcək.

Qeyd edək ki, “Qolden Steyt” dekabrın sonunadək 9 oyun keçirəcək.

İdman.biz