III MDB Oyunları: Qızlardan ibarət 3x3 basketbol millimiz ikinci oldu

Xəbərlər
6 Oktyabr 2025 19:11
38
III MDB Oyunları: Qızlardan ibarət 3x3 basketbol millimiz ikinci oldu

Azərbaycanın qızlardan ibarət 3x3 basketbol millisi III MDB Oyunlarının finalında Rusiya yığması ilə qarşılaşıb.

İdman.biz bildirir ki, qarşılaşma 19:13 hesabı ilə rusiyalıların xeyrinə başa çatıb.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.

Yarımfinalda isə millimiz Özbəkistandan üstün olub – 22:18.

İdman.biz