Filip Huzyu: “Azərbaycan Badminton Federasiyasının fəaliyyəti Avropada bir nümunədir”

Müsahibə
24 Noyabr 2023 13:13
432
Filip Huzyu: “Azərbaycan Badminton Federasiyasının fəaliyyəti Avropada bir nümunədir”

"Azərbaycan Badminton Federasiyası artıq ikinci dəfədir ki, beynəlxalq Fair Play mükafatına layiq görülür”.

İdman.biz xəbər verir ki, bunu Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu deyib.

O, Bakıda keçirdikləri Konqresdən öncə KİV nümayəndələrinə müsahibəsində bildirib ki, Azərbaycan Badminton Federasiyanın fəaliyyətində dinamik inkişaf hiss olunur, idman dəyərlərini necə üstün tutduqları görünür: “Təbii ki, Azərbaycan Badminton Federasiyasının bu cür fəaliyyəti Avropada bir nümunədir və məhz onların beynəlxalq münsiflər heyəti tərəfindən yekdilliklə bu mükafata layiq görülməsi təəccüblü sayılmamalıdır. Bu mükafatın məhz Bakıda təqdim olunması isə həm bizim, həm də federasiya üçün ayrı bir həyacandır".

Qeyd edək ki, federasiya ilk mükafatına ötən il Romada sahib olub.

İdman.biz