Badminton məşqçimiz Dubayda beynəlxalq kursda - FOTO

Xəbərlər
14 İyun 2025 17:22
43
Badminton məşqçimiz Dubayda beynəlxalq kursda - FOTO

Azərbaycanın badminton məşqçisi Məryəm Validarvi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “BWF Level 1” beynəlxalq təlimçi kursunda iştirak edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Badiminton Federasiyası məlumat yayıb.

Həm nəzəri, həm də praktiki hissələrdən ibarət olan kursda tədris bacarıqları, oyunçuların qiymətləndirilməsi, dərs keçmə texnikaları, qrup işi və məşqçi-təlimçilərlə qarşılıqlı əlaqə mövzuları tədris edilib.

Məryəm xanım kurs ərzində vacib olan bir çox yeni bilik və təcrübə qazanıb. Onun bu təcrübələrinin Azərbaycan Badmintonunun inkişafına töhvə verəcəyinə inanırıq.

İdman.biz