Fərid Qayıbov: “Turnirin keçirilməsində əsas məqsəd türk dövlətlərinin həmrəyliyidir”

Xəbərlər
8 Noyabr 2023 21:35
253
Fərid Qayıbov: “Turnirin keçirilməsində əsas məqsəd türk dövlətlərinin həmrəyliyidir”

“Turnirin keçirilməsində əsas məqsəd türk dövlətlərinin həmrəyliyidir”.

Bunu İdman.bizə gənclər və idman naziri Fərid Qayıbov Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirində deyib.

"Yarış xüsusi bayram günündə, həmçinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bir vaxtda təşkil olunub. Azərbaycanın müxtəlif rayonlarında müxtəlif yarışlar keçirilir, biz bu gün Şamaxı Olimpiya Kompleksinə toplaşmışıq. Bayram günündə burada olmaq və belə bir turniri təşkil etmək böyük fərəhdir. Burada Türkdilli Dövlətlərin idman nazirlərinin iclası keçirildi. Badminton Federasiyasının rəhbərliyi sayəsində biz qərara gəldik ki, biz bu səviyyəli yarışlarda nazirlərin görüşlərini təşkil edilsin. Belə yarışların təşkilinin müzakirəsi davam edir. Artıq bu il Türkdilli Dövlətlərin turnirləri çoxluq təşkil edib”, deyə Fərid Qayıbov bildirib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular Şamaxı İdman Olimpiya Kompleksində keçirilən yarışda 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib.

Şəbnəm Rəhimova

İdman.biz