Azərbaycan Badminton Federasiyası (ABF) ilə Türkiyə Badminton Federasiyası (TBF) arasında əməkdaşlıq Memorandumu imzalanıb.
İdman.bizin məlumatına görə, saziş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş türkdilli dövlətlər arasında badminton üzrə beynəlxalq turnir zamanı imzalanıb.
Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan təmsilçilərinin iştirak etdiyi turnir noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində keçirilib.
Şəbnəm Rəhimova
İdman.biz