Əvvəlki oyunlara baxanda daha aqressiv idik.
İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasında "Araz-Naxçıvan"la oyundan sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
"Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli “Kəpəz” gördük", - o, bildirib.
Baş məşqçi komandanın gələcəyi ilə bağlı ümidli danışıb: "Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq".
İdman.biz