AFFA Hakimlər Komitəsinin sədri Premyer Liqanın 17-ci turunun mübahisəli epizodlarını şərh edib - VİDEO

28 Yanvar 2026 20:15
85
AFFA Hakimlər Komitəsinin sədri Premyer Liqanın 17-ci turunun mübahisəli epizodlarını şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 17-ci turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Sabah” – “Karvan-Yevlax” (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.

Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.

İdman.Biz