“Oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur”.
İdman.Biz bildirir ki, buz sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 17-ci turunda “Qarabağ”la oyundan (2:0) sonra deyib.
“Qarabağ” bu gün hətta Avropada top komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.
Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq”, baş məşqçi bildirib.
