“Sumqayıt” FK Emil Mustafayevi icarəyə götürüb - RƏSMİ

Xəbərlər
15 Yanvar 2026 22:30
50
“Sumqayıt” FK Emil Mustafayevi icarəyə götürüb - RƏSMİ

“Sumqayıt” FK 2025/26 mövsümünün ikinci yarısı üçün ilk futbolçu keçidini reallaşdırıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus yarımmüdafiəçi Emil Mustafayevi mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, “Oleksandriya” klubunun yetirməsi olan Emil Mustafayev karyerası boyunca “Çernomorets” və “Polissya” klublarının uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.

İdman.Biz