“Şəmkir” klubunun rəhbərliyi dəyişdi - RƏSMİ

Xəbərlər
14 Noyabr 2025 21:18
40
“Şəmkir” klubunun rəhbərliyi dəyişdi - RƏSMİ

Azərbaycanın II Liqasında çıxış edən “Şəmkir PFK” rəhbərliyində dəyişiklik baş verib

İdman.Biz bildirir ki, klubun yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

“Yeni rəhbərliyin məqsədi klubun idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir PFK”nı daha yüksək hədəflərə doğru aparmaqdır”, - məlumatda deyilir.

Qeyd edək ki, hazırda “Şəmkir” 12 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.Biz

Məqalədə: