“Sabah” klubunun fransalı müdafiəçisi Stiv Solvet Futbolpress.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
– Son səfər oyununda “Karvan-Yevlax” üzərində inamlı qələbə qazandınız. Matç necə şərh edərdin?
– Komanda meydanda məşqçilərin tapşırıqlarını tam yerinə yetirdi. Oyunda üstün idik və layiqli qələbə qazandıq. Amma təəssüf ki, oyunun sonunda Mikelsi itirdik. Fikrimcə, bu hadisə oyunun yeganə mənfi tərəfidir. Ona kiçik bir dəstək mesajı göndərirəm, ümid edirəm, zədəsi ciddi deyil və tezliklə yenidən bizimlə olacaq.
– Komanda 6 turda 11 xal toplayıb. Performansınızdan razısınız?
– Tam razıyam deməzdim, amma pozitiv qalmaq, işləməyə davam etmək və diqqətimizi öz üzərimizdə saxlamaq lazımdır.
– “Sumqayıt”la oyunda son dəqiqələrdə qolunuz ləğv olundu. Ümumiyyətlə, Premyer Liqada hakimlərlə bağlı fikirləriniz nədir?
– Hakimlər hər yerdə eynidir, onlar da oyunun bir hissəsidirlər. Bəzən doğru, bəzən səhv qərarlar verirlər, amma buna hörmətlə yanaşmaq lazımdır.
– Qarşıda milli komandaların oyunlarına görə fasilə olacaq. Bu, pauza xeyrinizədir, ya necə?
– Bunu fasilədən sonra biləcəyik, amma komandaya qayıdacaq oyunçular olacaq və bu da məncə, müsbət dinamikanı qorumağa kömək edəcək.
– Çempionatda artıq 6 oyun keçirmişiniz. Bu ana qədər sizə ən çox çətinlik yaradan klub hansı olub?
– Çempionat çox rəqabətlidir – burada yaxşı futbolçular var. Hansısa oyunu xüsusi fərqləndirməyə çətinlik çəkirəm. Son turda istənilən performansı sərgiləyə bilmədiyimi deyə bilərəm. Amma o matçın da ən çətin olduğunu deməzdim.