“Sumqayıt”ın ayağı sınan futbolçusu 4 ay məşq edə bilməyəcək

Xəbərlər
30 Noyabr 2023 17:37
595
“Sumqayıt”ın ayağı sınan futbolçusu 4 ay məşq edə bilməyəcək

Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Sumqayıt”ın ayağı sınan futbolçusu Kristian Velinovski əməliyyat olunub.

İdman.biz xəbər verir ki, onun ayağı 14 gün müddətində gipsdə olacaq.

Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək. Kristian 3-4 ay sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, Kristian "Lerik" - "Sumqayıt" matçının 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edib. O, dərhal xəstəxanaya çatdırılıb.
Qarşılaşma “Sumqayıt”ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz