Hacı Əliyev yığmada yerli məşqçinin tərəfdarıdır: Qurban Qurbanov, Rəşad Sadıqov...

Müsahibə
29 Noyabr 2023 16:25
607
Hacı Əliyev yığmada yerli məşqçinin tərəfdarıdır: Qurban Qurbanov, Rəşad Sadıqov...

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev baş məşqçisiz qalan futbol üzrə yığmamızı yerli mütəxəssisin çalışdırmasının tərəfdarıdır.

Bu barədə İdman.bizə üçqat dünya çempionunun özü məlumat verib.

Yığmamızın lideri bildirib ki, Canni de Byazi ilə yollar ayrıldıqdan sonra komandanın yerli məşqçiyə həvalə olunsa, daha yaxşı çıxış edə bilər: “Düzdür, bu futboldur və burada əcnəbi oyunçulara, məşqçilərə üstünlük verilir. Lakin bu postu yerli məşqçiyə həvalə edərək, ona şans versək daha yaxşı olar. Bizim uğur qazanan yerli baş məşqçilərimiz var. Buna Qurban Qurbanov və Rəşad Sadıqovu nümunə göstərmək olar”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin italiyalı baş məşqçisi ilə yeni müqavilə bağlamamaq qərarı verib.

Banuçiçək Hüseynli

İdman.biz