“Qarabağ” - “Hekken” oyununa biletlərin qiyməti – 250 manat

Xəbərlər
28 Noyabr 2023 13:01
273
“Qarabağ” - “Hekken” oyununa biletlərin qiyməti – 250 manat

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Hekken” oyununun biletləri iticket.az-da satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, qiymətlər 5, 20, 40 və 100 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşləri üçün biletlərin qiyməti isə 250 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından, həmçinin “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, matç dekabrın 14-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz