“Qarabağ”ın direktoru: “Molde” ilə matçda inamlı oyun gözləyirik”

Xəbərlər
28 Noyabr 2023 10:44
278
“Qarabağ”ın direktoru: “Molde” ilə matçda inamlı oyun gözləyirik”

“Bizi Norveçdə yalnız gözəl oyun qane edəcək”

Bunu İdman.biz saytına “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Molde” ilə səfər oyununu dəyərləndirib. O bildirib ki, komandadan gözləntiləri böyükdür: “Bizim üçün əsas baş məşqçi və azarkeşlərin komandanın oyunundan razı qalmağıdır. Uduzsaq belə apardığımız mübarizənin alqışlanması, həmçinin “Qarabağ”ın layiqli yerdə olması bizi qane edəcək. Komandamızdan “Molde” ilə matçda inamlı oyun gözləyirik. Bütün bunlar reallaşsa, nəticə olacaq”.

Çəlikəl baş məşqçi Qurban Qurbanovun komandanı vacib oyuna lazımınca kökləyəcəyinə inam ifadə edib: “Belə oyunlar öncəsi heç vaxt futbolçularla və ya komandalarla görüş keçirmirik. Bütün bunlara Qurban Qurbanov özü nəzarət edir. Əminəm ki, komandada əhval-ruhiyyə ən üst səviyyədədir”.

Qeyd edək ki, “Molde” – “Qarabağ” oyunu noyabrın 30-da Norveçdə baş tutacaq. “Aker Arenada” keçiriləcək görüş saat 00:00-da başlayacaq.

Emin Ağa

İdman.biz