"Neftçi" ev formasını təqdim edib - FOTO

Xəbərlər
17 İyul 2025 00:14
60
"Neftçi" ev formasını təqdim edib - FOTO

"Neftçi" 2025/26 mövsümü üçün ev formasının təqdimatını keçirib.

İdman.biz xəbər verir ki, yeni formalar klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir.

Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyi qeyd olunacaq klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır. Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb.

Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, şanlı keçmişimizə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.

İdman.biz