AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
İdman.biz xəbər verir ki, qarşılaşmalar meydan sahiblərinin üstünlüyü ilə keçib.
“Xankəndi” “Ağstafa Gəncləri”nin qapısından 4 cavabsız top keçirib. “Göyəzən” isə “Şirvan”a 4:1 hesabı ilə qalib gəlib.
Region Liqası
Yarımfinal, ilk oyunlar
“Göyəzən” – “Şirvan” – 4:1
Qollar: Arzuman Vəliyev, 13, 27; Elgün Qəhramanov, 56; Ümid Mahmudov, 79 - Elgün Xəlilov, 90+1
“Xankəndi” – “Ağstafa Gəncləri” – 4:0
Qollar: Pərviz Qaraxanov, 6, 72; Kamran Hüseynov, 38 (avtoqol); Sərxan Ağayev, 60
İdman.biz