Elşad Quliyev: “Komanda olaraq daha da böyüməyimiz lazımdır” - MÜSAHİBƏ

Müsahibə
6 Noyabr 2023 15:41
279
Elşad Quliyev: “Komanda olaraq daha da böyüməyimiz lazımdır” - MÜSAHİBƏ

Azərbaycanın minifutbol üzrə milli komandasının baş məşqçisi Elşad Quliyevun İdman.biz saytına müsahibəsi

- Yığma dünya çempionatının 4-cü yerdə başa vurdu. Komandanın çıxışını necə dəyərləndirirsiz?

- Dünya çempionatında ilk iştirakımız idi. Bu baxımdan çıxışımızı uğurlu saymaq olar.

- Onda Avropa çempionluğundan sonra bu nəticəni uğurlu saymaq olarmı?

- Biz əslində final oynamaq istəyirdik. Məqsədimiz də bu idi. Ancaq alınmadı. Fikrimcə, ilk çempionat üçün yaxşı nəticədir.

- Yarımfinalda Qazaxıstan ilə oyuna qədər bütün rəqibləri məğlub etsəz də, davamını gətirə bilmədiz. Bunun səbəbləri nədir?

- Komanda olaraq daha da böyüməyimiz lazımdır. Bunun üçün də milli komandanın böyük yarışlarda daha çox iştirakı mütləqdir. Müxtəlif yarışlarda iştirak etdikcə təccrübəmiz daha da artacaq.

- Bürünc medal uğrunda Macarıstanla matçda sırf komandanın psixoloji məqamlara görə uduzduğunu deyə bilərik?

- Əslində biz finala köklənmişdik. Həlledici qarşılaşmaya yüksəlmədiyimiz üçün çox üzüldük. Qazaxıstan ilə oyunda məğlubiyyətdən sonra Macarıstan ilə matça köklənə bilmədik. Bu amil oyunumuza çox təsir etdi.

-Komandada ən çox oyunu ilə sizi sevindirən və ya əksinə məyus edən kim oldu?

- Bəzi epizodları çıxmaq şərti ilə futbolçulardan razı qaldım. Mənə elə gəlir ki, hər bir oyunçumuz özünü yaxşı tərəfdən göstərə bildi.

- Dünya çempionatında rəqiblərin millimizə münasibəti necə oldu?

- Heç bir komanda bizimlə oynamağı arzulamırdı. Bunun da səbəbi Azərbaycan millisinin dünya reytinqində ilk "beşlik"də yer alması idi. Bununla da fəxr etməmək lazımdır.

Emin Ağa

İdman.biz