“Neftçi” “Zenit”dən cavab gözləyir

Xəbərlər
15 Oktyabr 2023 16:26
146
“Neftçi” “Zenit”dən cavab gözləyir

“Neftçi” ilə “Zenit” arasında yoldaşlıq oyunu noyabrda keçirilə bilər.

İdman.biz saytı xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən açıqlama verilib.

Rusiya mətbuatında yer alan xəbərə görə, “Zenit”in Bakı səfəri noyabra planlaşdırılıb. “Neftçi” oyunu günü ilə bağlı qarşı tərəfə təklifini versə, Peterburq klubu yekun qərarı verməyib. “Dəqiq tarix? Oyunun noyabrda keçiriləcəyi məlumdur. Biz tarixlə bağlı öz təklifimizi vermişik, indi top qarşı tərəfdədir”, deyə məlumatda bildirilib.

Qeyd edək ki, komandalar yayda Matç TV kubokunda qarşlaşmışdılar və “Zenit” 3:1 hesabı ilə qələbə qazanmışdı.

İdman.biz