“Penaltidən yararlana bilsə idik, hər şey fərqli ola bilərdi”

Xəbərlər
12 Oktyabr 2023 21:49
112
“Penaltidən yararlana bilsə idik, hər şey fərqli ola bilərdi”

“Rəqibi ətraflı təhlil etmişdik. Uşaqlar bu gün yaxşı oynadılar. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq”.

İdman.biz saytı xəbər verir ki, bunu Azərbaycan U-21 yığmasının baş məşqçisi Samir Əliyev deyib.

AVRO-2025-in seçmə mərhələsində öz meydanında Şimali İrlandiyaya uduzan millimiz çalışdırıcısı ələ düşən fürsətlərdən istifadə edə bilmədiklərini qeyd edib: Çoxluq qol vəziyyətlərindən istifadə edə bilmədik. Penaltidən yararlana bilsə idik, hər şey fərqli ola bilərdi. Dörd gündən sonra bizi evdə Lüksemburqla oyun gözləyir. Bu matçı unudub qısa zamanda növbəti görüşə hazırlaşıb üç xal götürmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan U-21 – Şimali İrlandiya U-21 qarşılaşması qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz oktyabrın 17-də Lüksemburq U-21 komandası ilə üz-üzə gələcək.

İdman.biz