Dambrauskas “Qarabağ” - “Neftçi” derbisinə münasibət bildirib

17 Oktyabr 2026 20:02
110
Dambrauskas “Qarabağ” - “Neftçi” derbisinə münasibət bildirib

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının səkkizinci turunda “Qəbələ” üzərində səfərdə qazanılan 4:0 hesablı qələbədən sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında Dortmund “Borussiya”sı ilə qarşıdakı görüşə hazırlıq barədə danışıb:

“Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdqdan sonra “Borussiya” ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik”.

Dambrauskas “Qarabağ” - “Neftçi” derbisinə də münasibət bildirib:

“Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. “Qarabağ” - “Neftçi” matçını neytral azarkeş kimi izləyəcəyəm”.

Baş məşqçi uzun müddətdən sonra meydana qayıdan Xəyal Əliyevin hazırlıq vəziyyətini də dəyərləndirib:

“Xəyalın sıralarımıza qayıtmasına çox sevinirəm. Bu gün 7-8 dəqiqə oynadı və yaxşı performans göstərərək qol ötürməsi etdi. O, bizim üçün çox önəmli futbolçudur. Çempionlar Liqasında oynayıb-oynamayacağı fiziki durumundan asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçularından biridir. Peşəkar yanaşması yaxşıdır, məşqçinin tapşırıqlarını da çox yaxşı anlayır. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq”.

İdman.Biz