Azərbaycan millisi dünya reytinqində 2-ci yerə yüksəlib

25 Yanvar 2024 17:23
3 542
Azərbaycan millisi dünya reytinqində 2-ci yerə yüksəlib

Minifutbol üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahını Dünya Minifutbol Federasiyası (WMF) dərc edib.

Azərbaycan millisi reytinqdə 2-ci pillədə qərarlaşıb. Ötən cədvəldə 5-ci olan yığmamız üç pillə irəliləyib.

Qeyd edək ki, siyahıya son dünya çempionu Rumıniya yığması başçılıq edir.

İdman.biz