Rusiyanın “Zenit” futbol klubunun yarımmüdafiəçisi Du Keyros karyerasını “Sabah” klubunda davam etdirəcək.
İdman.Biz “Sport-Express”ə istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu Bakı təmsilçisinə icarə əsasında keçib. Yaxın zamanda transferin rəsim olaraq açıqlanması gözlənilir.
Du Keyros peşəkar karyerasına Braziliyanın “Korintians” klubunda başlayıb. O, 2023-cü ildən “Zenit”də çıxış edir. Yarımmüdafiəçi bu müddətdə icarə əsasında “Qremio” və “Sport Resifi”nin də formasını geyinib.
Braziliyalı futbolçu ötən mövsümü Rusiyanın digər klubu “Orenburq”da icarə əsasında keçirib. O, bütün turnirlərdə 29 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, 2017-ci ildə yaradılan “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bakı təmsilçisinin əsas mərhələdə rəqibləri “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Slaviya” (Praqa) və “Vikinq”dir.
