“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyevin “Dinamo”su ilə keçirəcəyi cavab oyunu öncəsi azarkeşlər üçün Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında fan zona yaradılacaq.
İdman.Biz xəbər verir ki, fan zonada əyləncəli proqram saat 18:00-dan etibarən başlayacaq.
Proqram çərçivəsində azarkeşlər üçün müxtəlif oyunlar, DJ performansı və digər əyləncələr təşkil olunacaq.
Qeyd edək ki, “Qarabağ” - “Dinamo” qarşılaşması bu gün, saat 21:00-da başlayacaq.
