“Neftçi” tarixinin ən bahalı satışını edir?

11 Avqust 2026 20:40
128
“Neftçi” tarixinin ən bahalı satışını edir?

“Neftçi”nin tarixinin ən bahalı satışını etməyə hazırlaşır.

İdman.Biz bu barədə İdmanxeber.az-a istinadən bildirir.

Məlumata əsasən, komandanın aparıcı üzvlərindən olan İmad Faraj “ağ-qaralar”ı tərk edəcək. Futbolçu bir müddətdir Tunisin “Esperans” klubunun maraq dairəsindədir.

Tərəflər arasında uzun müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Tunis klubu “Neftçi”ni razı salmağı bacarıb.

“Esperans” rəhbərliyi bu transfer üçün Azərbaycan klubuna yüksək məbləğdə təzminat ödəyəcək. Paytaxt təmsilçisi Farajın transferindən 1,5 milyon avrodan çox gəlir əldə edəcək.

Bu, klub tarixinin ən bahalı satışıdır.

Tunis klubu ilə yanaşı, daha bir neçə komanda oyunçunun xidmətində maraqlı olub. Ancaq “Esperans”ın təklif etdiyi təzminat məbləği digərlərini üstələyib və “Neftçi” transferin reallaşmasına mane olmayıb.

Xatırladaq ki, fransalı sağ vinger 2025-ci ildə “flaqman”la 3 illik müqavilə bağlamışdı.

İdman.Biz