“Fənərbaxça” 6 qolla kubokda mərhələ adlayıb - VİDEO

Xəbərlər
18 Yanvar 2024 00:09
648
“Fənərbaxça” 6 qolla kubokda mərhələ adlayıb - VİDEO

Türkiyə kuboku 1/16 final mərhələsinin daha 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının üzvləri mübarizəni dayandırıblar.

Qapıçı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” “24 Erzincanspor”a, yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” isə “Başakşəhər”ə uduzub.

Türkiyə Superliqasının lideri darmadağınla 1/8 finala yüksəlib. “Fənərbaxça” “Adanaspor”un qapısından 6 cavabsız top keçirib. Belçikalı forvard Miki Batşuayi 4 qol vuraraq, qələbə böyük rol oynayıb.

Qeyd edək ki, bu gün 1/16 finalın 5 oyunu keçiriləcək.

Türkiyə kuboku
1/16 final

Antalyaspor – Pendikspor – 2:1

Başakşəhər – Boluspor – 1:0

Qaziantep – Bodrumspor – 1:0

Alanyaspor – Samsunspor – 1:3 ə.v.
Adana Dəmirspor – 24 Erzincanspor – 2:2, pen. 6:7

Fənərbaxça – Adanaspor – 6:0

İdman.biz