Kamal Bayramovdan Amit Quluzadəyə sərt cavab: “Kiminsə mentalitet problemi varsa, özü barədə danışsın” - VİDEO

Xəbərlər
17 Yanvar 2024 11:29
1 759
Kamal Bayramovdan Amit Quluzadəyə sərt cavab: “Kiminsə mentalitet problemi varsa, özü barədə danışsın” - VİDEO

“İndi də uşaq futbolundakı baxımsızlığı kənara qoyduq, mentalitet problem oldu?”.

İdman.biz xəbər verir ki, bu sözlər “Turan Tovuz”un qapıçısı Kamal Bayramova məxsusdur.

Təcrübəli qolkiper İdman.bizin studiyasının qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadənin fikirlərini münasibət bildirib. Bayramov Azərbaycan və Kosovo çempionunun “Mentalitetimiz böyük futbolçu olmağa imkan vermir” deməsi ilə razılaşmayıb.

Tovuz təmsilçisinin qapıçısı “İdman.biz”in feysbuk səhifəsində Quluzadəyə sərt cavab verib: “Bizim çox gözəl mentalitetimiz var. Güləş, boks, karate, atletika, voleybol, cüdo və digər idman növlərindəki təmsilçilərimiz Avropa mentalitetinə malikdir, təkcə futbolda bu yöndə çatışmazlıq var? Futbolla bağlı fikir bildirəndə min dənə problemi qıraqda qoyub, söz xətrinə danışmayın. Bizim mentalitetimiz yerindədir. Çox da gözəl mentalitetimiz var. Bu mənada problem yoxdur. Problem təməldə, bazanın olmamasındadır. Kiminsə mentalitet problemi varsa, özü barədə danışsın, ümumi demək olmaz”.

Qeyd edək ki, Amitin son iş yeri II Liqada çıxış edən “Füzuli”də baş məşqçi vəzifəsi olub.

İdman.biz