“Şamaxı” qapıçısı ilə anlaşmanı yeniləyib

5 İyun 2026 15:19
101
“Şamaxı” qapıçısı ilə anlaşmanı yeniləyib

“Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, qapıçısı Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb.

Qolkiper növbəti mövsümü də Şamaxının eyniadlı klubunda keçirəcək.

İdman.Biz