Ramilsiz “Buriram” lideri məğlub edib

6 Yanvar 2024 18:18
613
Ramilsiz “Buriram” lideri məğlub edib

Ramil Şeydayevin çıxış etdiyi “Buriram” 6-cı turdan təxirə salınmış oyuna çıxıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası lider “Banqkok Yunayted”i məğlub edib.

“Buriram” səfərdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qol qarşılaşmanın son dəqiqələrində vurulub. Şeydayevin adı bu görüşdə iştirak ərizəsinə salınmayıb. Qələbə sayəsində “Buriram” liderlə aradakı xal fərqini 4-ə endirib.

Qeyd edək ki, Ramilin komandası növbəti oyununu fevralın 11-də “Lamfun”a qarşı keçirəcək.

İdman.biz