Azərbaycan İkinci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Ağstafa Gəncləri” klubunun futbolçusu Əli Bağırov mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı 18-ci turun “Ağstafa Gəncləri” - “Şirvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
