“Şamaxı” heyətini yarımmüdafiəçi ilə gücləndirdi

11 Mart 2026 11:53
81
“Şamaxı” heyətini yarımmüdafiəçi ilə gücləndirdi

“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, klub portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İdman.Biz