“Müdafiədə uşaq səhvləri edirik və nəticəsi də göz qabağındadır”.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Vadim Abdullayev deyib.
31 yaşlı yarımmüdafiəçi komandasının 18 turdur qalib gələ bilməməsinin səbəblərindən danışıb.
“Belə ümumi oyun saylarını nəzərə alsaq hər şey mümkündür. Sadəcə, hamı tərəfindən çalışmaq, oyunu sözdə yox, əməldə göstərmək lazımdı. Bu durum təbii ki təziq yaradır. Mən karyeramda ilk dəfə belə yaşıyıram. Çox ağırdır, bəzən heç yaxınlarım da məni danışdırmır. Bilillər ki, özüm-özümə qapanıram. Amma hər bir halda idmançıyıq, bu yolu axra kimi gedməliyik. Sonu nə olursa olsun”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Karvan-Yevlax” Misli Premyer Liqasının 18-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub.
