Ayyub Allaş mövsümün sonunadək “Araz-Naxçıvan”dan pul alacaq

Xəbərlər
27 Yanvar 2026 10:10
89
Ayyub Allaş mövsümün sonunadək “Araz-Naxçıvan”dan pul alacaq

Qış fasiləsindən öncə “Araz-Naxçıvan”dan ayrılan Ayyub Allaş pulunu klubdan hissə-hissə alacaq.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, o, Naxçıvan təmsilçisinin rəhbərliyi ilə bu barədə razılığa gəlib.

Hələ yaya qədər müqaviləsi qalan oyunçu ilə sözləşmə qarşılıqlı razılıq əsasında pozulmayıb. “Araz-Naxçıvan” belçikalı oyunçuya təzminat ödəməli olacaq. Lakin ona veriləcək məbləğin birdəfəlik deyil, hissə-hissə ödəniləcəyi yarımmüdafiəçiyə deyilib. O da bununla barışıb və pulunu mərhələli şəkildə alacağına dair sənədə imza atıb.

Həmin məbləğ isə mövsümün sonuna qədər ödənilməlidir.

İdman.Biz