"Çox yaxşı oyun alındı. Qarşılaşmada dominant tərəf biz idik”.
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Artur Olenin deyib.
Azərbaycan Premyer Liqasının XVI turunda “Səbail”ə qalib gələn komandanın məşqçisi vəziyyəti düzəltməyə çalışdıqlarını bildirib: “Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır, hakimlər niyə görə qolları saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik. Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəyəcəyik”.
Qeyd edək ki, "Sabah" "Səbail"i 4:0 hesabı ilə məğlub edib.
İdman.biz