Cəlal Hüseynov “Arda” ilə növbəti qələbəsini qazanıb

Xəbərlər
9 Dekabr 2023 16:49
367
Cəlal Hüseynov “Arda” ilə növbəti qələbəsini qazanıb

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun şərəfini qoruduğu Bolqarıstan “Arda”sı ölkə çempionatında növbəti oyunu keçirib.

İdman.biz xəbər verir ki, komanda Sofiya “Lokomotiv”nin qonağı olub.

Görüş “Arda”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz 90 dəqiqə ərzində əvəzlənmədən meydanda olub.

Qeyd edək ki, “Arda” 19 turdan sonra 31 xalla turnir cədvəlində yeddincidir.

İdman.biz