Güləşçilərimiz dünya çempionatının ilk günündə 4 qızıl medal qazanıb - YENİLƏNİB - FOTO

Xəbərlər
29 Noyabr 2023 20:10
1 088
Güləşçilərimiz dünya çempionatının ilk günündə 4 qızıl medal qazanıb - YENİLƏNİB - FOTO

Azərbaycan yığması Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının ilk gününü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

İdman.biz xəbər verir ki, komandamıza 4-cü çempionluğu İbrahim Yusubov (92 kq) qazandırıb.

O, finalda türk rəqibini məğlub edib. Yusubovdan öncə Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Turan Bayramov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

----------

19:58

Azərbaycan yığması Bakıda keçirilən hərbiçilər arasında 36-cı dünya çempionatında daha bir qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, bu uğura Turan Bayramov (74 kq) imza atıb.

O, sərbəst güləşçilərin mübarizəsində mundialın qalib adını qazanıb. Bayramov finalda iranlı rəqibi üzərində qələbə qazanaraq çempion tituluna yiyələnib. Bu, Azərbaycanın dünya çempionatında qazandığı 3-cü qızıl medal olub. Daha öncə Əli Rəhimzadə (65 kq) və Hacı Əliyev (70 kq) 1-ci yeri tutub.

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

----------

19:38

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən hərbiçilər arasında 36-cı dünya çempionatında qızıl medala yiyələnib.

İdman.biz xəbər verir ki, 70 kq çəkidə qüvvəsini sınayan üçqat dünya çempionu finalda iranlı pəhləvanla qarşılaşıb. O, qalib gələrək dünyanın ən güclüsü olub.

Əliyevdən öncə Əli Rəhimzadə (65 kq) qızılı medal qazanıb.

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

---------

19:28

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Bakıda keçirilən hərbçilər arasında 36-cı dünya çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan final görüşündə monqolustanlı rəqibini məğlub edib.

Bu, Azərbaycanın mundialdakı ilk medalıdır.

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

Banuçiçək Hüseynli
İdman.biz